12-18 may 2019-cu tarixlərində "Xəzər Universiteti Şahmat Akademiyası" “Zirvə kuboku” adlı qrossmeyster normalı beynəlxalq şahmat turniri təşkil etmişdir. Bu yarış "AAAF holdinq"in sponsor dəstəyi ilə "AAAF- Park yaşayış kompleksi"ndə yerləşən "Zirvə litseyi"ndə baş tutdu.
Yarış şveningen sistemi formatında (dairəvi) 2 komandanın mübarizəsi şəraitində keçdi. Birinci komanda 5 beynəlxalq qrossmeyster, ikinci komanda isə 5 beynəlxalq ustadan ibarət idi. 10 oyunçudan 6-sı xarici oyunçu statusu daşıyırdı. Bu Azərbaycanda ilk belə yarış idi.

Yarışı canlı olaraq "chess24" və "chessbomb" saytı vasitəsilə bütün dünyadakı şahmat həvəskarları izləyə bilib.
Bağlanış mərasimində çıxış edən Akademiyanın direktoru beynəlxalq qrossmeyster Nicat Məmmədov bu turnirin baş tutmasında əməyi olan "AAAF holdinq" rəhbərliyi və "Azərbaycan Şahmat Federasiyası"na təşəkkür etdi. "Xəzər Universiteti Şahmat Akademiyası" gələcəkdə beynəlxalq usta ve qrossmeyster normalı turnirlər eləcə də, gənc şahmatçılar üçün reytinqli yarışların keçirilməsini planlaşdırır.

GM Komandası :
1.GM.Vadim Malaxatko (Belçika)
2.GM.Eldar Gasanov (Ukrayna)
3.GM.Valerian Qaprendaşvili (Gürcüstan)
4.GM.Amirezza Puramazanali (İran)
5.GM.Ülvi Bacarani (Azərbaycan)
İddiaçılar Komandası:
1.İM.Vüqar Əsədli (Azərbaycan)
2.İM.Əhməd Əhmədzadə (Azərbaycan)
3.İM.Tamaz Mqeladze (Gürcüstan)
4.İM.Orxan Abdulov (Azərbaycan)
5.İM.Saed Xəlil Musavi (İran)

Yarışın əsas məqsədi, beynəlxalq ustaların normativləri ödədikləri halda , qrossmeyster balı əldə etməkləridir. Yekun nəticədə 3 oyunçu (2-si Azərbaycanlı olmaqla ) bu normativi ödəməyi bacardı.

Vüqar Əsədli 9 oyundan 6.5 xal
Orxan Abdulov 9 oyundan 6.5 xal
Saed Xəlil Musavi 9 oyundan 6.5 xal
"Zirvə kuboku'
Published:

Owner

"Zirvə kuboku'

Published:

Creative Fields