XİN-in Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən elan olunmuş loqo seçimi müsabiqəsinə yekun vuruldu 5 mart 2013-cü il
Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin loqo seçimi ilə əlaqədar 2012-ci ilin 15 oktyabr tarixində elan etdiyi müsabiqəyə yekun vuruldu.
İki ay davam edən müsabiqəyə yerli dizaynerlər tərəfindən hazırlanmış çoxsaylı loqo təklifləri təqdim olunmuşdur. Seçim prosesində irəli sürülən əsas tələblər arasında isə təklif olunan loqonun Agentliyin əsas məramlarından olan sülh, əməkdaşlıq və yardım elementlərini özündə əks etdirməsi olmuşdur.
Agentliyin münsiflər heyətinin qərarı ilə Elşən Vəlicanovun təqdim etdiyi loqo təklifi müsabiqənin qalibi seçilmişdir. Qalib mükafat və sertifikatla təltib edilmişdir.
www.aida.az
AIDA LOGO
Published:

AIDA LOGO

AIDA LOGO

Published:

Creative Fields