Elgün Ağayev's profile

"Bolt Food" və ya "Wolt" üçün reklam ssenarisi:

– "Bolt Food" və ya "Wolt" üçün reklam ssenarisi:

* Reklam Rasim Ocaqovun "Ad günü" filminin son səhnəsi əsasındadır:
 
Əli gecə yuxudan oyanır. Ad günü bitmiş, hər kəs yatmış, qab-qacaq masanın üstündədir. Siqaret çəkmək üçün eyvana çıxır. Birdən aşağıda belində "Bolt Food"/"Wolt" çantası olan kuryer ora-bura baxaraq kimisə axtarır, sonra kiməsə zəng etməyə çalışır. Əlini eyvanda görüb ona sual verməyə başlayır:
Kuryer: Sifariş sizin idi?
Əli: Yox, mənim deyil, nədir ki?
Kuryer: Ünvan buranı göstərir, amma yığıram, zəng çatmır.
Əli: Harada olsa indi cavab verər, gör nə deyirəm, soyuqdur, bala, orada qalma, dur gəl bizə, üşüyərsən. Bu gün də oğlumun ad günüdür, əntiqə masa var, hər şey qalıb, dostlarım da gəlmişdi, mən isə yatıb qalmışam. Gəl, gəl görüm, müştəri də harada olsa gəlib çıxacaq, qorxma, alan olmasa, mən alacam. Gəl çıx.
Kuryer mənzilə qalxır, birgə əyləşirlər və filmdəki o məşhur səhnə yenidən canlanır: birgə mahnı ifa edirlər.
Birdən qapı döyülür, Əli qapını açmağa gedir. Qapını açır, qonşusu Əliyə deyir: "Bağışla, gecə vaxtı narahat edirəm, gördüm, səs gəlir, dedim əlbət yatmamısan. Utanıram da deməyə, adapterim də xarab oldu, telefonum da sönüb, yemək sifariş vermişəm,mdedim birdən gələr evi tapmaz, yazıq sonra çıxıb gedər. Bəlkə, qonşu, adapterin olar?
Əli başlayır gülməyə: "Əşi sənə demişdim axı, qonşu, bu gün oğlumun ad günüdür, gəl bizə, nöşün gəlmədin?" "Gəlmişdim, sən yatmışdın, mən də çıxıb getdim".
"Fərqi nədir, bayaq yatmışdım, indi ki oyağam. Gəl, qonşu, gəl, yeməyin də bizdədir", – deyir və başlayır gülməyə.
Son səhnə:
Əli, qonşu, kuryer evdə birgə əyləşirlər, musiqini yenidən ifa edirlər, arxada da "Bolt Food"/"Wolt" çantası.
* Sloqan: Biz həmişə sizə qonşunuz qədər yaxın olmağa çalışmışıq.
"Bolt Food"/"Wolt" birləşdirir!
"Bolt Food" və ya "Wolt" üçün reklam ssenarisi:
Published:

"Bolt Food" və ya "Wolt" üçün reklam ssenarisi:

Published:

Creative Fields