Aysu Hacili's profile

YARAT Mobile App design

YARAT

YARAT Müasir İncəsənət Mərkəzi Sovet dövründə Herbi Deniz quvvelerinin binası olmuş və 1960-cı illərdə hərbi gəmilərə texniki xidmət bazası rolunu oynayan Xezer denizine açılan binada yerləşir. Binanın təyinatının dəyişməsi nəticəsində iki mərtəbəni əhatə edən, 2000 m² sahəsi olan sərgi məkanı yaradılmışdır.Binada aparıcı beynəlxalq rəssamların müvəqqəti sərgiləri, yeni yaranan istiqamətlər, eləcə də YARAT Kolleksiyasının sərgi ekspozisiyaları və kitabxana təqdim olunur. Rəsmi olaraq 24 mart 2015-ci il tarixində təşkilat bu binaya köçüb.

YARAT təşkilatının tərkibinə YARAT Müasir İncəsənət Mərkəzi, XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi və ARTIM Layihə Məkanı daxildir. XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, milli muzeylər və qalereyalar kolleksiyalarından götürülmüş əsərlərdən sərgilər təqdim edərək, ekspozisiyanın ictimai-maarifləndirici proqramlarını həyata keçirir. Həmçinin muzey tədris müəssisələri ilə sıx əməkdaşlıq quraraq, şagird və tələbələr üçün interaktiv ekskursiyalar təşkil edir, onlara incəsənəti dərk etməyi və interpretasiya etməyi öyrədir.ARTIM Layihə Məkanı 2015-ci ilin oktyabrında, Bakıda, Iceriseher təsis edilib. ARTIM ("tərəqqi" mənasında) – açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən yerli və beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. 

YARAT Mobile App design
Published:

Owner

YARAT Mobile App design

Published:

Creative Fields